Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i377740-azərbaycan_yığması_tokio_yay_olimpiya_oyunlarına_daha_bir_lisenziya_qazanıb
Boksçu Alfonso Dominqes Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.
(last modified 2024-06-07T05:07:56+00:00 )
İyun 06, 2021 06:04 Asia/Baku
  • Azərbaycan yığması Tokio Yay Olimpiya Oyunlarına daha bir lisenziya qazanıb

Boksçu Alfonso Dominqes Tokio Yay Olimpiya Oyunlarına lisenziya qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən,Alfonso Dominqes, Fransanın paytaxtı Parisdə keçirilən Avropa Olimpiya Təsnifat Turnirində fərqlənib. 81 kq çəki dərəcəsində mübarizə aparan boksçu 1/4 finalda Rusiya idmançısı İmam Xatayevə qalib gəlib.

Bu qələbə həm 1/2 finala, həm də Tokio-2020-yə vəsiqə üçün yetərli olub.

Bununla da Azərbaycan yığmasının Tokio-2020-yə lisenziya sayı 26-ya çatıb. Dominqes bu siyahıda üçüncü boksçudur. Onadək Tayfur Əliyevlə (57 kq) Cavid Çələbiyev (63 kq) də bu hüquqa yiyələnib.