Qriqoriç Avropa çempionatları tarixinin 700-cü qolunu vurdu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i378023-qriqoriç_avropa_çempionatları_tarixinin_700_cü_qolunu_vurdu
Avstriya futbol yığmasının hücumçusu Şimali Makedoniyaya vurduğu qol ilə Avropa çempionatları tarixində rekord qeydə aldırdı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 14, 2021 10:25 Asia/Baku
  • Qriqoriç Avropa çempionatları tarixinin 700-cü qolunu vurdu

Avstriya futbol yığmasının hücumçusu Şimali Makedoniyaya vurduğu qol ilə Avropa çempionatları tarixində rekord qeydə aldırdı.

SəhərAzəri-nin verdiyi məlumata görə, dünən Avro-2020 yarışlarının «Si»(C) qrupunda Avstriya komandası Şimali Makedoniya komandasını 3-1 hesabı ilə məğlub etməyi bacarıb.

Bu görüşdə Almaniyanın «Aqsburq» futbol klubunda oynayan Mişel Qriqoriç 78-ci dəqiqədə öz komandasının ikinci qolunu vurdu. Bu qol ilə onun komandası Şimali Makedoniya komandasından 2-1 hesabı ilə irəli keçdi.

27 yaşlı Qriqoriç Avropa çempionatları tarixinin yeddi yüzüncü qolunu vuraraq, öz adını qeydə aldırdı.

2016-cı ildən bəri Avstiya millisinin üzvü olan bu oyunçu keçmişdə on beş qol rekordu ilə Avstriya Bundes-Liqasının ən gənc bombardi adını alıbdır.