Fərnaz Fəsihi olimpiya oyunlarına vəsiqə qazanıb
-
Fərzanə Fəsihi olimpiadaya vəsiqə qazanıb
İranlı bir qadın atlet 57 ildən sonra 100 metr məsafəyə qaçışda olimpiya oyunlarına vəsiqə qazanıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın Milli Olimpiya Komitəsi bu gün elan edib ki, bu komitənin və Atletizm Federasiyasının əməkdaşlığı və səyləri sayəsində Fərnaz Fəsihi 100 metr məsafəyə qaçışda Tokio olimpiya oyunlarına vəsiqə qazanıb.
60 metrlik qapalı qaçışda rekord sahibi olan İranın ən sürətli qadın atleti son iki ildə müxtəlif beynəlxalq yarışlarda iştirak edib və qapalı atletika üzrə dünya çempionatına vəsiqə də qazanıb, lakin koronavirusun yayılması səbəbindən bu yarışlar keçirilməyib.
Bundan əvvəl yüngül atletikada Ehsan Həddadi və Həsən Təftiyan Tokio Olimpiya oyunlarına lisenziya alımışdılar, indi isə Fəsihi üçüncü lisenziyanı qazandı.