İranın Olimpiya oyunlarındakı kvotası 68-ə çatıb
İran təmsilçiləri 16 idman növündə 68 kvota yerinə vəsiqə qazanaraq, 32-ci Olimpiya Oyunlarında iştirak etmək icazəsi alıblar. Beləliklə də bu ölkənin, olimpiya oyunları tarixində iştirak etdiyi idman növlərinin sayı baxımından rekordu da qırılıb.
SəhərAzəri-nin məlumatına əsasən, bundan əvvəl olimpiya oyunlarının keçmiş dövrlərində 14 idman növündə iştirak edən İran Tokio olimpiyası üçün 16 idman növünə vəsiqə qazanıb. Beləliklə də İran ilk dəfə olaraq, ən çox karvan kvotası, ən çox qadın kvotası və ən çox idman növü rekordunu da qırıb.
Fərdi idman növlərində, güləş üçün 11, atıcılıq üşün 6, karate və qılıncoynatma üçün hər birinə 4 kvota yeri, komanda idman növlərində isə voleybol və basketbol üçün hər birinə 12 kvota yeri ayrılıb.
Həmçinin əldə edilən 68 kvotadan 11-i qadınların payına düşür. Qadınlar Tokio olipmiadasında ilk dəfə olaraq, ağır atletika, karate və badmintona vəsiqə qazanıblar.
32-ci Tokio Olimpiya oyunları bir illik gecikmə ilə iyulun 23-də Yaponiyanın ev sahibliyi ilə başlayacaq.