Bir yerli avstraliyalı olimpiya oyunlarının bayraqdarı olub
İyul 08, 2021 12:36 Asia/Baku
Avstraliya idman tarixində ilk dəfə yerli sakinlərdən biri bu ölkənin olimpiya oyunlarında bayraqdarı olub.
SəhərAzəri-nin məlumatına əsasən, Avstraliya milli olimpiya komitəsinin bildirdiyinə görə, bu ölkənin yerli sakinlərindən olan basketbol yığmasının üzvü Tokio yay olimpiya oyunlarında Avstraliya olimpiya karvanının bayraqdarı olacaq.
Patti Mills Avstraliya milli üzgüçülük komandasının üzvü xanım Keyt Kempbell ilə yanaşı, Tokio yay olimpiya oyunlarında Avstraliya olimpiya karvanının bayraqdarı olacaq.
Yarışları keçirən komitənin qərarına görə, olimpiya oyunları tarixində ilk dəfə olaraq, hər ölkə bu yarışlarda qadın və kişi bayraqdara malik ola bilər.
Tokio yay olimpiya oyunları iyulun 23-dən avqustun səkkizinədək keçiriləcək.