İyul 26, 2021 15:20 Asia/Baku
  • Sürəyya Ağayi yenidən tarix yazdı

13 ildən sonra qadınlar bölməsində İran badmintonu üçün olimpiya vəsiqəsi qazanan Sürəyya Ağayi başqa bir rekorda imza atdı.

SəhərAzəri-nin məlumatına əsasən, İranın Badminton Federasiyasının sədri deyib: "Sürəyya Ağyi ilk dəfə olaraq, olimpiya vəsiqəsi qazandıqdan sonra ilk görüçündə qələbə qazanaraq, ikinci dəfə tarixə düşdü. Sürəyya Ağayi bir hicablı idmançı olaraq, bu günkü oyununda Maldivdən olan rəqibi qarşısında güclü çıxış edərək, inamla qələbə qazandı.

Sürəyya ilk görüşündə qələbə qazandıqdan sonra dedi: "Rəqibimin oyunlarını analiz etmişdim və onu tanıyırdım. O, bacısı ilə birlikdə oynayır və ölkələrinin ən yaxşılarındandırlar".

 Ağayi növbəti rəqibinin Çindən olacağını və çətin bir görüş olacağını bəyan edərək, əlavə edib: "O, Çində birincidir, dünya reytinqində səkkizincidir. Mütləq çətin oyun olacaq, amma məqsədim aydındır və ən yaxşı oyun keçirmək üçün əlimdən gələni edəcəyəm, qrupumuzdan bir nəfər növbəti mərhələyə adlayacaq və idmanda hər şey mümkündür. Mən bir neçə vaxt əvvəl bir röya yaşamışam və onu bir daha təcrübə etmək istəyirəm".

Teqlər