İyul 27, 2021 15:07 Asia/Baku
  • Əlcəzairli cüdoçu
    Əlcəzairli cüdoçu

Əlcəzairli cüdoçu Fəthi Nurin olimpiya oyunlarının başlanmasından üç gün öncə Fələstin müqavimətinə dəstək istiqamətində sionist rejim nümayəndəsilə görüşdən vaz keçib.

SəhərAzəri-nin məlumatına əsasən, Olimpiya oyunlarının önəminə rəğmən, Əlcəzairdən olan bir müsəlman idmançı yarışların ilk günündə bütün dünyaya sübut etdi ki, insanlıq medalı belə bir hadisənin rənbərəng medalından daha yüksəkdir.

Əlcəzairli cüdoçu Fəthi Nurin beynəlxalq olimpiya tribunasından özünü «Məzlumların himayədarı və azadlıqsevər qəhrəman» kimi təqdim edib.

Afrika qitəsinin çempionu olan bu idmançı Tokioda medal qazanmaq şansına malik idi. O, insanlığın hər hansı xoşrəngli medaldan üstün olduğunu bütün dünyaya sübut etmək üçün rəngarəng beynəlxalq medaldan vaz keçdi.

Nurinin bu hərəkəti geniş beynəlxalq rezonansa səbəb oldu və virtual mühitin istifadəçiləri və müsəlmanlar azadlıqsevər idmançının Qüdsü qəsb etmiş rejimi tanımamaq istiqamətindəki bu hərəkətini alqışlayıblar.

 

Teqlər