İbadipurun olimpiya oyunlarındakı uğuru
İyul 29, 2021 15:19 Asia/Baku
İranın voleybol komandasının ikinci kapitanı Tokio yay olimpiya oyunlarında ən yaxşı servis vuran və ən yaxşı top qəbul edən adına layiq görülüb.
SəhərAzəri-nin məlumatına əsasən,İranın milli voleybol komandası Tokio yay olimpiya oyunlarındakı üçüncü görüşündə Kanada yığmasına sıfır-üç hesabı ilə məğlub olub. Bununla belə, Milad İbadipur bu görüşdə öncəki iki görüşdə olduğu kimi, yaxşı nəticə göstərib və servis üzrə beş xal da alıbdır.
Olimpiya oyunlarında kişi voleybolu üzrə üçüncü günün yarışlarının sonunadək İbadipur 68 uğurlu top qəbulu ilə ən yaxşı top qəbul edənlər və səkkiz xalla ən yaxşı servis vuranlar arasında birinci yerdə durubdur.