İranlı güləşçi Olimpiya oyunlarının təsnifat mərhələsinə yüksəlib
130 kiloqram çəki dərəcəsində mübarizə aparan iranlı güləşçi Əmin Mirzazadə yenidən şans cədvəlində rumıniyalı rəqibini məğlub edərək, Tokio Olimpiya Oyunlarının təsnifat mərhələsinə yüksəlib.
SəhərAzəri-nin məlumatına əsasən, Tokio Olimpiya Oyunlarında yunan-roma güləşi üzrə yarışların ikinci günü Tokionun "Makuhari Messe" zalında start götürüb.
130 kiloqram çəki dərəcəsində Əmin Mirzazadə yarışların ilk etapında Cənubi Koreyadan olan dünya üçüncüsü "Min Seuk Kim"lə güləşib.
O, ikinci mübarizəsində Kubadan olan 5 qat olimpiya və 5 qat dünya çempionu Mihayn Lopez Nunes ilə qarşılaşıb və 8-0 hesabı ilə rəqibinə məğlub olub.
İranın xuzistanlı yunan-roma güləşçisi yenidən şans cədvəlində Rumıniyadan Allin Sivrarionu 5-0 hesabı ilə məğlub edib və təsnifat mərhələsinə yüksəlib.
O, bu gün günortadan sonra bürünc medalı uğrunda Türkiyədən Rza Kayaalp ilə qarşılaşacaq.