İranlı ağır atlet Tokio Olimpiya Oyunlarında gümüş medalı qazanıb
Tokio Olimpiya Oyunlarında iranlı ağır atlet toplumda 441 kiloqram rekorda imza ataraq, super ağır çəki kateqoriyasında İranın on illik həsrətinə son qoyub və gümüş medalı qazanıb.
Tokio Olimpiya Oyunlarında 109 kiloqramdan yuxarı çəki dərəcələri üzrə yarışlar bu gün keçirilib. Bu kateqoriyada 7 ştanqist iştirak ediblər.
Bu kateqoriyada İrandan gənclər arasında dünya çempionu "Əli Davudi" də iştirak edib və ilk Olimpiya təcrübəsini gümüş medalı qazanaraq, qeyd edib.
Hüseyn Rzazadə, Behdad Səlimi, Səccad Anuşirvani, Bəhadür Molayi və Səid Əli Hüseyni kimi böyükləri əvəz edən Davudi, bu medalı 22 yaşında qazanıb.
Bu yarışmalarda Davudi birdən qaldırma hərəkətində əvvəlcə 191 kq çəkini ram edib, ikinci hərəkət üçün 196 kq çəkinin rahaltılqa öhdəsindən gəlib. Texniki heyət "Əli Davudi" nin üçüncü hərəkəti üçün 200 kq çəkini istəyib ki, o, bu çəkinin öhdəsindən gələrək, birdən qaldırma hərəkətində gümüş medalını dəqiqləşdirib.
Birdən qaldırma hərəkətində Gürcüstandan Laşa Talaxadze 223 kiloqram nəticə ilə birinci və Suriyadan Men Əsəd 190 kiloqram nəticə ilə üçüncü olub.
İranın ağır atletika üzrə millisi Tokio Olimpiadasında toplam 441 kq nəticə ilə gümüş medal qazanıb və təxminən 9 ildən sonra İran üçün super ağır atletikada olimpiya medalı qazanıb.
Davudidən əvvəl Behdad Səlimi 2012 London Olimpiadasında super ağır çəki kateqoriyasında qızıl medal qazanıb. Hüseyn Rzazadə isə Sidney və Afina Olimpiya Oyunlarında qızıl və Səccad Anuşirani 2012 London Olimpiadasında gümüş medal qazanıb.