Sen 04, 2021 14:20 Asia/Baku
  • Duzu əvəz etməklə ildə minlərlə nəfərin ölümünün qarşısını almaq olar

Bir araşdırmanın nəticələri göstərir ki, duzun adi bir variantla əvəz edilməsi minlərlə insult və infarktın qarşısını ala bilər.

SəhərAzəri-nin verdiyi məlumata görə, bu araşdırmada 20 min Çin vətəndaşının iştirakı ilə keçirilib. Hamısı 60 yaşdan yuxarı insult keçirmiş insanlar idilər və yüksək qan təzyiqdən əziyyət çəkirdilr. Onların yarısından 5 il müddətinə duz əvəzinə 70 faizi Natrium-Xlorid və 30 faizi Kalium-Xlorid təşkil edən maddədən istifadə etmələri istənildi. Digər iştirakçılar 100 faiz Natrium-Xlorid olan adi duzdan istifadə etdilər.

Alimlər belə bir nəticəyə gəldilər ki, duzun alternativindən istifadə edənlərdə insult və ya infarkt riski 14 faiz azalır. Daha əvvəl adi duz dadına malik olan alternativlərin istifadəsi ilə qan təzyiqinin aşağı düşməsi arasında əlaqənin olması bəlli idi, amma Çində aparılan araşdırma onları isult və infarkt riskinin azalması ilə əlaqələndirən ilk araşdırmadır. 

Teqlər