Beynin gələcəyi proqnoz etmə qabiliyyəti kəşf edilib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i380830-beynin_gələcəyi_proqnoz_etmə_qabiliyyəti_kəşf_edilib
Bir qrup tədqiqatçı insan beyninin gələcəyi proqnoz edə bilmək kimi maraqlı özəlliyini aşkar ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 06, 2021 17:53 Asia/Baku
  • Beynin gələcəyi proqnoz etmə qabiliyyəti kəşf edilib

Bir qrup tədqiqatçı insan beyninin gələcəyi proqnoz edə bilmək kimi maraqlı özəlliyini aşkar ediblər.

SəhərAzəri-nin verdiyi məlumata görə, İnsan beyni mahnıları, melodiyaları və sözləri dinləyərkən gələcəyi proqnoz edə bilir. Danimarka, İngiltərə və Kanada universitetlərindən olan alimlər və tədqiqatçılar belə bir nəticəyə gəliblər. 

Tədqiqatçıların fikrincə, əgər musiqili bir əsər xüsusi bir şəkildə kəsilərsə, beyin müstəqil olaraq, onu davam etdirir və tamamlayır. Beləliklə də insan gələcəyi proqnoz etməyə çalışır. Yarımçıq bir cümləni tamamlamaqda da beynin reaksiyası eynidir.

Beyində gələcək hadisələrin necə proqnoz edilməsini müəyyən etmək, nevroloji xəstəliklərin diaqnostikası və dərk edilməsi üçün çox vacibdir. Misal üçün təhlükəli bir şey gördüyünüz zaman, adətən beyniniz onu tanıyır və sonra nə baş verəcəyini təxmin edir. Əgər keçmişdə belə bir təcrübəniz olarsa və bu məlumatları emal edə bilsəniz, potensial risklərdən vaxtında qaça bilərsiniz.