Süd məmulatı yağı ürək-damar xəstəlikləri təhlükəsini artırmır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i381416-süd_məmulatı_yağı_ürək_damar_xəstəlikləri_təhlükəsini_artırmır
Tədqiqatçılar deyirlər ki, süd məmulatı yağı ilə aşıb-daşan qida rejiminə malik olan şəxslər, elə həmin yağı az istehlak edən şəxslərlə müqayisədə daha az ürək-damar xəstəliklərinə tutulma təhlükəsi qarşısında dururlar.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Sen 24, 2021 12:05 Asia/Baku
  • Süd məmulatı
    Süd məmulatı

Tədqiqatçılar deyirlər ki, süd məmulatı yağı ilə aşıb-daşan qida rejiminə malik olan şəxslər, elə həmin yağı az istehlak edən şəxslərlə müqayisədə daha az ürək-damar xəstəliklərinə tutulma təhlükəsi qarşısında dururlar.

SəhərAzəri-nin məlumatına əsasən, Yeni bir araşdırmanın nəticələri göstərir ki, yaş, yaşayış tərzi, yemək vərdişləri və sair xəstəliklərdən asılı olmayaraq, qanlarında, süd məmulatlarında tapılan çoxlu miqdarda yağ turşusu olan şəxslər,/ qida rejimlərində süd məmulatı yağı az olan şəxslərə nisbətən daha az ürək-damar xəstəliklərinə tutulma təhlükəsi qarşısında dururlar.

Baltimorda yerləşən «Johns Hopkins Bloomberg” İctimai Sağlamlıq İnstitutu tədqiqatçılarının araşdırması göstərib ki, qanlarında yüksək səviyyədə yağ turşusuna malik olan şəxslərin, qanlarında daha az miqdarda bu yağ turşuna malik olan şəxslərə nisbətən ürək-damar xəstəliklərinə tutulma ehtimalı 25 faiz aşağıdır.