Okt 04, 2021 15:59 Asia/Baku
  • İranlı alim ən gənc tədqiqatçı seçilib

İranın Şiraz Universitetində üzvi kimya üzrə doktoranturada təhsil almış Möhsün Şukuhi Dünya Elmlər Akademiyası tərəfindən kimya fənni üzrə 2021-ci ildə ən gənc tədqiqatçı titulunu qazanıb və bu beynəlxalq təşkilatın 6 illik üzvlüyünü əldə edib.

SəhərAzəri-nin məlumatına əsasən, Şiraz Universitetinin ictimaiyyətlə əlaqələr şöbəsi bildirib ki, Möhsün Şukuhi 2017-ci ilin iyul ayında doktorluq dissertasiyasını müdafiə edib və ondan sonra bir tədqiqatçı kimi Doktor Əşrəfinin tədqiqat qrupunda məşğul olub. 

Dünya Elmlər Akademiyası dünya ölkələrinin bir qrup görkəmli alimləri, o cümlədən pakistanlı Nobel mükafatçısı professor Əbdüs Salam tərəfindən bu ölkələrin elmi potensialını gücləndirmək məqsədilə təşkil edilib.

Teqlər