İranlı ixtiraçılar Xorvatiya Beynəlxalq İxtiralar Sərgisində birinci olublar
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i382406-İranlı_ixtiraçılar_xorvatiya_beynəlxalq_İxtiralar_sərgisində_birinci_olublar
İranlı ixtiraçılar Xorvatiya Beynəlxalq İxtiralar Sərgisində fərdi sektorda 3 qızıl və komanda sektorunda 1 gümüş medalla birinci olublar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 23, 2021 11:06 Asia/Baku
  • İranlı ixtiraçılar Xorvatiya Beynəlxalq İxtiralar Sərgisində birinci olublar

İranlı ixtiraçılar Xorvatiya Beynəlxalq İxtiralar Sərgisində fərdi sektorda 3 qızıl və komanda sektorunda 1 gümüş medalla birinci olublar.

SəhərAzəri-nin məlumatına əsasən, İranın gənc ixtiraçılar komandası Xorvatiyanın Zaqreb şəhərində keçirilən 17-ci Beynəlxalq İxtiralar Sərgisində fərdi sektorda 3 qızıl və komanda sektorunda 1 gümüş medalla birinci oldu.

Sərginin bu dövründə Əli Əsədi "hər cür paltarın təmizlənməsi, qurudulması və ütülənməsi üçün portativ maşın"a görə, Ariya Mehr Məleki "Retinanın OKT (Optik Uyğunluq Tomoqrafiyası) şəkillərinə əsasən xəstəliyin diaqnozu"na görə və Seyid Nima Nəqibi İrəvani "çoxmərtəbəli binalarda həqiqi miqyasda istifadə üçün tənzimlənmiş bir maye damperinin laboratoriya nümunəsinin dizaynı və istehsalı"na görə qızıl medalı alıblar. 

Həmçinin Məhsa Höccətül-İslami, Hamid Əhəri, Kambiz Laricani və Ənuşə Şərifandan ibarət olan İranın 4 nəfərlik komandası "Al-əlvan qızılxallı balığının qalma müddətini artırmaq üçün nanoemulsiya olan bir növ PLA filmi"nin istehsalına görə bu müsabiqənin gümüş medalını qazanıb.