Okt 25, 2021 13:09 Asia/Baku
  • \
    \"Liverpul\"

İngiltərə Premyer Liqasında IX tura yekun vuruldu. "Liverpool" komandasının azarkeşləri üçün unudulmaz bir gecədə, bu komanda “Mançester Yunayted”i öz meydanında 5-0 hesabı ilə darmadağın etdi.

SəhərAzəri-nin məlumatına əsasən, bu "Mançester Yunayted"ın öz doğma meydanında əzəli rəqibi qarşısında ən ağır məğlubiyyətidir. "Liverpul" bütün oyun boyu üstün komanda idi və Manchester United ən fəlakətli oyunlarından birini nümayiş etdirdi.

"Liverpul"un misirli futbolçusu Məhəmməd Salah het-trikə imza  atdı, qarşı tərəfdə isə Pol Poqba, birbaşa qırmızı vərəqə alaraq, meydandan qovulduğu, beləliklə də komandasının bədbəxtliyi tamamlandı.

Bu nəticədən sonra “Liverpul” 21 xalla İngiltərə Premyer Liqasının turnir cədvəlində lider olan "Çelsi"nin bir addımlığına çatdı və ikinci pillədə qərarlaşdı.

 “Mançester Yunayted” isə 14 xalda qalan 7-cidir.

"Mançester Yunayted" in yeni mövsümdə keçirdiyi bu zəif və alçaldıcı oyunla Ule Qunnar Sulşerin bu klubda karyerasini davam etdirəcəyi real görünmür.

Teqlər