İran sambosunun ilk beynəlxalq medalı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i383142-İran_sambosunun_ilk_beynəlxalq_medalı
İranlı idmançı Özbəkistanda keçirilən sambo üzrə 2021-ci il dünya çempionatının bürünc medalını qazanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 14, 2021 09:04 Asia/Baku
  • Məhəmməd Rza Səidi-Mədəni
    Məhəmməd Rza Səidi-Mədəni

İranlı idmançı Özbəkistanda keçirilən sambo üzrə 2021-ci il dünya çempionatının bürünc medalını qazanıb.

SəhərAzəri-nin məlumatına əsasən, Sambo üzrə dünya çempionatı noyabrın on ikisindən etibarən, Özbəkistanın Daşkənd şəhərində keçirilməkdədir.

Bu yarışların davamında 88 kiloqramdan aşağı çəki dərəcəsində öz işinə Kipr, Latviya və Rumıniyadan olan rəqiblərinə qalib gəlməklə başlayan İran nümayəndəsi Məhəmməd Rza Səidi-Mədəni sonra Rusiya nümayəndəsinə məğlub olub.

Sıralama görüşündə rəqibinə qalib gələn Mədəni üçüncü olub və bürünc medal əldə edibdir.

Bu, İran sambosunun beynəlxalq yarışlarda qazandığı ilk medalıdır.