İranın "Psayko" filmi Çili Film Festivalında yarışacaq
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i385976-İranın_psayko_filmi_Çili_film_festivalında_yarışacaq
İranın “Psayko” qısametrajlı filmi Oskar tərəfindən təsdiqlənmiş Çilinin 22-ci Beynəlxalq "Cine Lebu" Film Festivalının müsabiqə bölməsinə daxil olub.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Fev 16, 2022 10:40 Asia/Baku
  • \\\
    \\\"Psayko\\\" Film

İranın “Psayko” qısametrajlı filmi Oskar tərəfindən təsdiqlənmiş Çilinin 22-ci Beynəlxalq "Cine Lebu" Film Festivalının müsabiqə bölməsinə daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, "İRNA"nın məlumatına görə, Mustafa Davtələbin çəkdiyi qısametrajlı "Psayko" filmi Çilidə keçirilən 22-ci "De Cine De Lebu" Beynəlxalq Film Festivalının qısa hekayə üzrə müsabiqə bölməsinə daxil olmağı bacarıb. 

Bu festival Oskar tərəfindən təsdiqlənib, fevralın 11-dən fəaliyyətə başlayıb və fevralın 19-dək davam edəcək. 

Festivalın rəsmi elanına əsasən, festivalın beynəlxalq bədii ədəbiyyat bölməsində iştirak etmək üçün 3500 əsər müraciət edib ki, bu bölmədə İranı "Psayko" filmi təmsil edəcək.

"Cine Lebu" Beynəlxalq Film Festivalı 2018-ci ildən bəri Çilidə Oskarı tərəfindən təsdiqlənmiş yeganə festival olaraq, fəaliyyət göstərir.