“Liverpul” İngiltərə Federasiya Kubokunu da aldı
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i389101-liverpul_İngiltərə_federasiya_kubokunu_da_aldı
Penaltilər seriyasında “Çelsi” futbol klubunu məğlub edən “Liverpul” klubu İngiltərə Federasiya Kubokunun da sahibi olmağı bacarıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 15, 2022 07:26 Asia/Baku
  • “Liverpul” İngiltərə Federasiya Kubokunu da aldı

Penaltilər seriyasında “Çelsi” futbol klubunu məğlub edən “Liverpul” klubu İngiltərə Federasiya Kubokunun da sahibi olmağı bacarıb.

SəhərAzəri-nin məlumatına əsasən, İngiltərə Federasiya Kuboku oyunlarının finalı dünən gecə Londondakı “Uembli” stadionunda “Çelsi” və “Liverpul” klubları arasında keçirilib. Sonda- penaltilər seriyasında altı-beş hesabı ilə rəqibinə qalib gələn “Liverpul”, kubokun sahibi olub.

Bu iki komanda son zamanlar İngiltərə Liqa Kuboku yarışlarının finalında da qarşılaşmışdı. Həmin 120 dəqiqəlik oyunda hesab açılmadığından penaltilər seriyası təyin edilmişdi. Bu seriyada rəqibini on bir-on hesabı ilə məğlub edən “Liverpul” İngiltərə Liqa Kubokunu almağa müvəffəq olmuşdu.