Çimərlik həndbolunda İran Fransanı məğlub edib
İranın yeniyetmələrdən ibarət çimərlik həndbolçuları dünya çempionatının ikinci görüşündə güclü Fransa komandasının öhdəsindən gəlməyi bacarıb.
SəhərAzəri-nin məlumatına əsasən, İranın yeniyetmələrdən ibarət çimərlik həndbolu komandası Yunanıstanda keçirilən dünya çempionatının ikinci etapının ikinci görüşündə gözəl bir oyun nümayiş etdirməklə Fransa yığmasını iki-sıfır hesabı ilə məğlub edib.
İran yığması bu gün Bakı vaxtı ilə saat on yeddi-əlli dəqiqədə keçiriləcək üçüncü və çətin bir görüşdə Braziliya millisi ilə qarşılaşacaq.
Qrup mərhələsində iki qələbə və bir məğlubiyyətə malik olan İran millisi A qrupunun ikinci komandası kimi dünya çempionatının növbəti mərhələsinə vəsiqə qazanıb və dünyanın on iki ən yaxşı komandası arasında qərarlaşıb.