Golden State NBA-nın qalibi oldu
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i390253-golden_state_nba_nın_qalibi_oldu
Golden State basketbol komandası Boston Celtics-i məğlub edərək, bu mövsüm NBA-nın çempionluğunu qazandı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 18, 2022 14:17 Asia/Baku
  • Golden State NBA-nın qalibi oldu

Golden State basketbol komandası Boston Celtics-i məğlub edərək, bu mövsüm NBA-nın çempionluğunu qazandı.

SəhərAzəri-nin məlumatına əsasən, cümə günü NBA Basketbol Liqasının finalında Golden State və Boston Celtics arasında altıncı oyun keçirildi. Görüşdə Golden State, Boston Celtics-i 103-90 hesabı ilə məğlub etdi və dördüncü qələbəsini və çempionluq titulunu qazandı.

Bu oyunda Stefen Karri 34 xal, 7 ribaund və 7 məhsuldar ötürmə ilə Golden State və meydanın ən yaxşı oyunçusu idi. 

Karri komandasının çempionluğunda əsaslı rol oynamaqla yanaşı, final seriyasının ən dəyərli oyunçusu seçilib.

Bu, Qolden State-in NBA-da yeddinci çempionluğudur.