İyun 21, 2022 14:03 Asia/Baku
  •  Mikroskopik xərçəng hüceyrələri işıqla müəyyən və məhv edilir

Alimlər hesab edirlər ki, xərçəngin müalicəsində elə bir üsula nail olublar ki, xərçəngin beşinci əsas müalicəsi ola bilər.

SəhərAzəri-nin məlumatına əsasən, Britaniya, Polşa və İsveçdən olan neyrocərrahlar, mühəndislər, fiziklər, bioloqlar və immunoloqlardan ibarət bir Avropa komandası güclərini birləşdirib, xərçəngin müalicəsində inqilab yaradacaq bir üsul hazırlayıblar ki, onda işıqdan istifadə edərək, mikroskopik xərçəng hücerələri məhv edilir. 

Mütəxəssislər bunun cərrahiyyə, kimyaterapiya, radioterapiya və immunoterapiyadan sonra dünyada beşinci əsas xərçəng müalicəsi olacağına inanırlar.

İşıqla aktivləşdirilmiş terapiya xərçəng hüceyrələrini qaranlıqda parlamağa məcbur edir, cərrahlara mövcud üsullarla müqayisədə daha çox şişi çıxarmağa kömək edir, həmçinin əməliyyat başa çatdıqdan sonra qalan hüceyrələri bir neçə dəqiqə ərzində məhv edir.

Teqlər