İyul 02, 2022 13:04 Asia/Baku

Əgər kifayət qədər və uzunmüddətli yuxu üçün başqa bir səbəb axtarırsınızsa, yeni araşdırmalar "daha çox yatmağın ürək üçün faydalı olduğunu" göstərir.

SəhərAzəri-nin məlumatına əsasən, Amerika Ürək Assosiasiyası ürək-damar sağlamlığı üçün yeddi məsləhətlər siyahısına gecə yeddi-doqquz saat yatmağı da əlavə edib.

Beləliklə, "Həyatın səkkiz əsası" adı altında bu anketə sağlam və kifayət qədər yuxu rejimi də əlavə edilib ki, onların hamısını nəzarətdə saxlamaq ürək-damar sağlamlığını yaxşılaşdırmaq və qorumaq üçün həyati əhəmiyyət kəsb edir.

Bu assosiasiya əvvəllər 1- sağlam qidalanma, 2- fiziki aktivlik, 3- siqaretdən imtina, 4- düzgün çəki, 5- xolesterola nəzarət, 6- qan şəkərinə nəzarət və 7- qan təzyiqinə nəzarət daxil olmaqla yeddi amili sağlam ürəyə və damar sisteminə sahib olmaq üçün mühüm faktorlar hesab edirdi.

Həkimlər deyirlər ki, yeni praktiki tapıntılar yuxu müddətinin ürək sağlamlığında mühüm rol oynadığını göstərir, buna görə də bu amil siyahıya əlavə edilib. 

CNN-in məlumatına görə, son 20 ildə aparılan müxtəlif tədqiqatlar göstərib ki, sağlam həyat tərzi və məlum risk faktorlarının idarə olunması ilə ürək-damar xəstəliklərinin və onunla əlaqədar hadisələrin 80 faizdən çoxunun qarşısını almaq olar.

Teqlər