İyul 12, 2022 12:39 Asia/Baku
  • “James Webb” teleskopu
    “James Webb” teleskopu

NASA, “James Webb” kosmik teleskopu tərəfindən çəkilmiş kainatın ən dərin infraqırmızı görüntüsünə dair ilk rəngli şəkli yayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Bu, NASA-nın “James Webb” kosmik teleskopundan bu günə qədər uzaq dünyaların ən dərin və ən aydın infraqırmızı şəklini əks etdirən ilk təsvirdir.

Təsvir qalaktikalar toplusundan qeydə alınıb və detallarla doludur. Onda minlərlə qalaktika, o sıradan infraqırmızı işıqda müşahidə edilən ən az işıqlı göy cisimləri müşahidə edilir. Bu qalaktika səmanın yalnız kiçik bir hissəsini təşkil edir.

NASA son zamanlar öz İnstaqram səhifəsində bildiribdir ki, bu teleskopun dördüncü və sonuncu aləti nəzərdən keçirilib və işə hazır vəziyyətə gətirilibdir.

Yaxın infraqırmızı kameranın hazır vəziyyətə gətirilməsi ilə indi demək olar ki, “James Webb” teleskopunun bütün alətləri kainatın sirlərini öyrənməyə hazırdırlar.

 

Teqlər