İranda beynəlxalq velosipedsürmə turniri başlanıb
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393566-İranda_beynəlxalq_velosipedsürmə_turniri_başlanıb
Bu gün səhər İranın Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərində on bir komanda formasında 21 ölkədən 62 idmançının iştirakı ilə 35-ci beynəlxalq velosipedsürmə turniri başlanıb.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Sen 29, 2022 10:08 Asia/Baku
  • İranda beynəlxalq velosipedsürmə turniri başlanıb

Bu gün səhər İranın Şərqi Azərbaycan vilayətində yerləşən Təbriz şəhərində on bir komanda formasında 21 ölkədən 62 idmançının iştirakı ilə 35-ci beynəlxalq velosipedsürmə turniri başlanıb.

SəhərAzəri-nin məlumatına əsasən, turnirin ilk etapı bu gün Təbrizlə Urmiyyə arasında, ikinci etapı Təbrizlə Araz azad zonası arasında,/ üçüncü mərhələ Culfa ilə Kəlibər arasında- Araz çayı istiqamətində,/ dördüncü etap Səreyn-Təbriz istiqamətində, sonuncu mərhələ isə Təbriz şəhərinin daxilində keçiriləcək.

35-ci Azərbaycan beynəlxalq velosipedsürmə turniri iki il fasilədən sonra Qərbi Azərbaycan, Şərqi Azərbaycan və Ərdəbil vilayətlərinin təşkilatçılıqları ilə keçirilir.