İran yığması futzal üzrə Asiya millətlər liqasının finalına yüksəlib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393866-İran_yığması_futzal_üzrə_asiya_millətlər_liqasının_finalına_yüksəlib
Tailand yığmasını inamla qarşısından götürən İranın futzal üzrə milli komandası futzal üzrə 2022-ci il Asiya millətlər liqasının finalına yüksəlib və Yaponiyanın rəqibi olubdur.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 07, 2022 12:49 Asia/Baku
  • İran yığması futzal üzrə Asiya millətlər liqasının finalına yüksəlib

Tailand yığmasını inamla qarşısından götürən İranın futzal üzrə milli komandası futzal üzrə 2022-ci il Asiya millətlər liqasının finalına yüksəlib və Yaponiyanın rəqibi olubdur.

İranın futzal üzrə milli komandası Küveytdə keçirilən bu turnirin yarımfilan mərhələsində, dünən axşamçağı Tailandla qarşılaşıb.

Görüşün birinci hissəsi bir-sıfır hesabı ilə İran yığmasının xeyrinə qurtarıb, amma ikinci hissədə iranlı gənclərin gol şənliyi baş tutub. İkinci hissədə Tailandın qapısına dörd qol vuran futzalçılarımız oyunu beş-sıfır hesabı ilə başa vurub və inamla finala yüksəliblər.

Sabah keçiriləcək final matçında İran İslam Respublikasının futzal komandası ilə qarşılaşacaq Yaponiya yığması isə yarımfinalda Özbəkistan millisinə iki-bir hesabı ilə qalib gəlibdir.