İran tətbiqi nanotədqiqatlar sahəsində dünyanın ilk 10 ölkəsi sırasındadır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393903-İran_tətbiqi_nanotədqiqatlar_sahəsində_dünyanın_ilk_10_ölkəsi_sırasındadır
İranın Nanotexnologiyaların İnkişafı Qərargahının katibi deyib: "İran hazırda nanotexnologiya sahəsində tətbiqi tədqiqatlar üzrə dünyanın ilk 10 ölkəsi sırasındadır. Texnologiyanın və kommersiyalaşdırılmış məhsulların müxtəlifliyi bu inkişafın səbəblərindən biridir".
(last modified 2024-10-16T10:36:13+00:00 )
Okt 08, 2022 06:52 Asia/Baku
  • İran tətbiqi nanotədqiqatlar sahəsində dünyanın ilk 10 ölkəsi sırasındadır

İranın Nanotexnologiyaların İnkişafı Qərargahının katibi deyib: "İran hazırda nanotexnologiya sahəsində tətbiqi tədqiqatlar üzrə dünyanın ilk 10 ölkəsi sırasındadır. Texnologiyanın və kommersiyalaşdırılmış məhsulların müxtəlifliyi bu inkişafın səbəblərindən biridir".

SəhərAzəri-nin məlumatına əsasən, Səid Sərkar deyib: "Biz nanoelm istehsalı sahəsində regionda birinci, dünyada isə Çin, Amerika və Hindistandan sonra 4-cü yerdəyik və nanoelmin inkişafı baxımından Avropa ölkələri, Yaponiya və Cənubi Koreyadan üstün hesab edilirik". 

İranın Nanotexnologiyaların İnkişafı Qərargahının katibi daha sonra vurğulayıb: "İranlı tədqiqatçılar tərəfindən 18 sənaye sahəsində nanotexnologiyaya əsaslanan 1200-ə yaxın məhsul istehsal olunub və İran məhsulları keyfiyyət və qiymət baxımından rəqabətədavamlıdırlar".