İran Livan beynəlxalq taekvondo yarışlarının qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i393925-İran_livan_beynəlxalq_taekvondo_yarışlarının_qalibi_olub
Livanda keçirilən sərbəst beynəlxalq turnir Beyrut şəhərinin «Nufal Nuhad» zalında başa çatıb. Turnirin qalibi olan İranın taekvondo komandası 20 müxtəlif medal əldə edibdir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 09, 2022 14:33 Asia/Baku
  • İran Livan beynəlxalq taekvondo yarışlarının qalibi olub

Livanda keçirilən sərbəst beynəlxalq turnir Beyrut şəhərinin «Nufal Nuhad» zalında başa çatıb. Turnirin qalibi olan İranın taekvondo komandası 20 müxtəlif medal əldə edibdir.

SəhərAzəri-nin məlumatına əsasən, Yarışlar şənbə günü 161 taekvondoçunun iştirakı ilə kişi və qadın bölmələrində bütün çəki dərəcələrində keçirilibdir ki, sonda İran təmsilçiləri on iki qızıl, altı gümüş və iki bürünc medal və çempion adını qazanıblar.

Səidə Nəsiri, Mobina Nemətzadə, Zəhra Şeydayi, Nərgiz Mir Nurullahi, Zeynəb İsmaili, Mehdi Hac Musayi, Armin Hadipur, Rza Kəlhor, Əmir Məhəmməd Bəxşi, Mir Haşim Hüseyni, Mehran Bərxordari və Səcca Mərdani on iki qızıl,/ Əbülfəzl Zəndi, Fərzan Aşurzadə, Məhəmməd Hüseyn Yəzdani, Mehdi Abidini, Əli Nəcəfi və xanım Qəzəl Sultani altı gümüş, Əbülfəzl Abbasi və Fatimə Şəfiipur isə iki bürünc medalı komandamıza qazandıran taekvonduçulardır.