İranlı fenomen Asiyanın ən yaxşı futbolçusu olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i394005-İranlı_fenomen_asiyanın_ən_yaxşı_futbolçusu_olub
İranın gənclərdən ibarət futzal komandasının oyunçusu Asiya futzalının fenomeni seçilib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Okt 12, 2022 14:58 Asia/Baku
  • İranlı fenomen Asiyanın ən yaxşı futbolçusu olub

İranın gənclərdən ibarət futzal komandasının oyunçusu Asiya futzalının fenomeni seçilib.

SəhərAzəri-nin məlumatına əsasən, Asiya futbol konfederasiyasının tvitteri bir rəy sorğusu keçirməklə qədim qitədə futzalın/ gələcəyi olan ulduzunu azarkeşlərin rəyinə qoyub.

Asiya futbol konfederasiyası futzal üzrə dörd fenomeni, «gələcəyi olan ulduz» mükafatına namizəd kimi təqdim edib. Bu arada, İran futzalnın iyirmi iki yaşlı fenomeni Salar Ağapur altı oyunda dörd qol vurmaqla Asiya futzalında gələcəyi olan ulduzlar siyahısında yer alıb.

Asiya futbol konfederasiyası bu gün bildiribdir ki, azarkeşlərin səslərinə əsasən, iranlı ulduz Salar Ağapur Asiya futzalının ən yaxşı fenomeni seçilib.

Futzal üzrə 2022-ci il Asiya millətlər liqası ötən bazar günü başa çatdı və İran milli komandası bu turnirdə ikinci yeri tutdu.