Braziliya 4 qolla Cənubi Koreyanı darmadağın etdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395593-braziliya_4_qolla_cənubi_koreyanı_darmadağın_etdi
Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi oyunlarının davamında Braziliya yığması Cənubi Koreyaya 4-1 hesabı ilə qalib gəlib.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 06, 2022 09:11 Asia/Baku
  • Braziliya 4 qolla Cənubi Koreyanı darmadağın etdi

Qətərdə keçirilən dünya çempionatının 1/8 final mərhələsi oyunlarının davamında Braziliya yığması Cənubi Koreyaya 4-1 hesabı ilə qalib gəlib.

SəhərAzəri-nin məlumatına əsasən, Braziliya millisinin hər dörd qolu ilk hissədə vurulub. Cənubi Koreyanın yeganə qolu isə 77-ci dəqiqədə vurulub. 

Bundan əvvəl Xorvatiya, Argentina, Hollandiya, Fransa və İngiltərə komandaları ilk səkkizliyə düşmüşdü.

Bu oyunda Pele və Ronaldodan sonra Neymar tarixdə üç mundialda qol vuran üçüncü braziliyalı futbolçu olub.

Braziliya Dünya Kubokunda ikinci dəfə bir oyunun ilk hissəsində 4 qol vurub. Braziliya ilk dəfə 1954-cü ildəki dünya çempionatında Meksika ilə qarşılaşmada bunu bacarıb.

Sonuncu dəfə bir komandanın dünya çempionatının ilk yarısında 4 qol vurduğu 2014-cü ildə olub və Almaniya Braziliyaya qarşı bunu edib.