Bu gündən dünya çempionatında yarımfinal həyəcanı başlayır
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i395808-bu_gündən_dünya_çempionatında_yarımfinal_həyəcanı_başlayır
2022-ci il dünya çempionatının yarımfinal həyəcanı başlayır. Lionel Messi ilə Argentina və Luka Modriçlə sonuncu finalçı Xorvatiya final vəsiqəsini almaq üçün mübarizə aparacaq.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Dek 13, 2022 14:19 Asia/Baku
  • Bu gündən dünya çempionatında yarımfinal həyəcanı başlayır

2022-ci il dünya çempionatının yarımfinal həyəcanı başlayır. Lionel Messi ilə Argentina və Luka Modriçlə sonuncu finalçı Xorvatiya final vəsiqəsini almaq üçün mübarizə aparacaq.

SəhərAzəri-nin məlumatına əsasən, Argentina və Xorvatiya yığmaları 2022-ci il futbol üzrə dünya çempionatının ilk yarımfinal oyununda üz-üzə gələcək. Bununla da mundialda ilk finalçı məlum olacaq.

Argentina və Xorvatiya milliləri mundiallar tarixində iki dəfə bir-birilərinə rəqib olublar. 1998-ci ildə "tanqoçular" 1:0, 2018-ci ildə avropalılar üç cavabsız qolla qalib gəlib.

Bu gün axşam Qətərin paytaxtı Dohadakı Lusail stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşmanı italiyalı hakim Daniele Orsato idarə edəcək.

Qeyd edək ki, yarımfinalın digər matçında Fransa millisi Mərakeşi sınağa çəkəcək.