İran millisi FİFA-nın yeni reytinqində Asiyada ikincidir
FİFA-nın açıqladığı son reytinqə əsasən İranın futbol üzrə yığma komandası Asiyada ikinci olub.
SəhərAzəri-nin məlumatına əsasən, Futbol üzrə idarəetmə orqanının dərc etdiyi hesabat göstərir ki, İranın milli futbol komandası son dünya çempionatında iştirak edən 32 komanda arasında 24-cü yerdədir.
Qətərdə keçirilən futbol üzrə dünya çempionatında 32 komandanın yeni reytinq cədvəli onların əldə etdikləri mərhələ, rekord və top fərqinə əsasən açıqlanıb.
FİFA-nın hesabatına görə, Braziliya, Argentina və Fransa ilk üç komandadır.
Bazar günü Qətərin Lusail şəhərində keçirilən final matçında Argentina penalti zərbələrində Fransanı məğlub edərək, üçüncü dünya kubokunu qazandı.
İran B qrupunda mübarizəyə İngiltərə qarşısında 6-2 hesablı məğlubiyyətlə başladı.
Keyruşun oyunçuları ikinci matçında Uelsi 2-0 hesabı ilə məğlub etdilər, lakin hər iki tərəf üçün mütləq qalibiyyət matçı olan son oyun 1-0 nəticə ilə Amerika komandasının xeyrinə oldu.