İranlı ağır atlet dünya reytinqində birinci olub
İranlı idmançı 2022-ci ildə ağır atletika üzrə dünya reytinqində birinci yerdədir.
"İran Press"in məlumatına görə, 2022-ci ildə ağır atletika üzrə dünya reytinqi rəsmi olaraq açıqlanıb və bu siyahıda İran idmançıları da var.
İranlı ağırlıqqaldıran Rəsul Mötəmidi zədə səbəbindən bu yaxınlarda keçirilən Kolumbiya Dünya Çempionatını buraxsa da, ümumi rekordu 400 kq olmaqla 102 kq çəki dərəcəsində dünya reytinqində birinci yerdədir.
Həmçinin, digər iranlı ağırlıqqaldıran Əlireza Moini gənclər kateqoriyasında 89 kiloqram çəki dərəcəsində ümumilikdə 357 kiloqram nəticə ilə ikinci yerdə qərarlaşıb. Moini gənclər kateqoriyasında 96 kq çəki dərəcəsində ümumilikdə 348 kq çəki ilə altıncıdır.
Rəsul Mötəmidi müvəqqəti olaraq, çəkisini dəyişərək, 109 kq çəki dərəcəsində iştirak etdikdən sonra cəmi 397 kq nəticə göstərərək dünya sıralamasında üçüncü yeri qazanıb.