UEFA: Mehdi Taremi 2022-ci ilin bombardirlər reytinqində 4-cü yerdədir
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i396277-uefa_mehdi_taremi_2022_ci_ilin_bombardirlər_reytinqində_4_cü_yerdədir
İran milli futbol komandasının hücumçusu və "Portu" klubunda çıxış edən Mehdi Taremi 2022-ci ildə klubu və ölkəsi üçün ən çox qol vuran futbolçular sırasında olub.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 02, 2023 10:33 Asia/Baku
  • UEFA: Mehdi Taremi 2022-ci ilin bombardirlər reytinqində 4-cü yerdədir

İran milli futbol komandasının hücumçusu və "Portu" klubunda çıxış edən Mehdi Taremi 2022-ci ildə klubu və ölkəsi üçün ən çox qol vuran futbolçular sırasında olub.

Avropa Futbol Assosiasiyaları İttifaqı UEFA 2022-ci ilin sonuna qədər klub və ölkə üçün ən çox qol vuranların adlarını açıqlayıb və iranlı Taremi bu siyahıda dördüncü yerdə qərarlaşıb.

Bu reytinq yoldaşlıq oyunları istisna olmaqla Avropa klublarının oyunlarında və yoldaşlıq oyunları daxil olmaqla beynəlxalq matçlarda vurulan ümumi qollar əsasında tərtib edilib. 

Mehdi Taremi klub və milli matçlarda da daxil olmaqla 51 matçda 37 qol vuraraq, Neymar və Messidən üstün olub.

UEFA-nın bu reytinqində fransalı Kilian Mbappe, norveçli Erlinq Haland və polşalı Robert Levandovski müvafiq olaraq 56, 46 və 42 qolla birinci, ikinci və üçüncü olublar.

Həmçinin, Portuqaliyada nəşr olunan "O Jugo" jurnalı Mehdi Taremini Portuqaliya Premyer Liqasının və Portu klubu tarixinin ən yaxşı oyunçusu kimi təqdim edib.