Fev 09, 2023 21:12 Asia/Baku
  • Türkiyə zəlzələsində 3 iranlı futbolçu həyatını itirib

Türkiyənin Malatya şəhərindəki Kırçuval otelinin dağıntıları altında 3 iranlı amputasiyalı futbolçunun cəsədi tapılıb.

SəhərAzəri-nin məlumatına əsasən, İran Əlillər üzrə Futbol Assosiasiyasının prezidenti bildirib ki,  Türkiyə zəlzələsində uçqunlar altında qalmış bu idman sahəsi üzrə milli komandanın üç üzvünün cansız cəsədi aşkar edilib.

Zəlzələdən bir neçə günün keçməsi ilə sözügedən idmançıların uçqunlar altından salamat çıxacaqlarına ümid edilsə də, bu gün Türkiyədən kədərli xəbər gəldi.

Əlillər üzrə Futbol Assosiasiyasının prezidenti Cəfər Əsgəri bu haqda deyib: "Təəssüflə, bu gün xəbər tutduq ki, Türkiyədə dağılmış otelin uçqunlarının götürülməsi əməliyyatının həyata keçirilməsilə Səidavi, Mir Əhmədi və Məsudinin cəsədləri cansız surətdə dağıntılar altından çıxıb və onlar dünyalarını dəyişiblər.

Bu əzizlərin ailələrinə və idman camiəsinə başsağlığı verən Əsgəri əlavə edib: "Əvvəlcə dağıntıların altından mərhumlar Səidavi və Məsudinin cəsədləri çıxarılıb, bir saat sonra isə mərhum Mir Əhmədinin cansız bədəni dağıntılar altından tapılıb.

Bu acı müsibət münasibətilə idman camiəsinə, xüsusən də əlillər üzrə futbol məcmuəsinə, həmçinin vəfat etmiş üç idmançının ailələrinə başsağlığı verir və Allahdan onlar üçün səbir diləyirik.

 

Teqlər