İranın gənc güləş komandası Dmitriyev kubokunun qalibi olub
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i398142-İranın_gənc_güləş_komandası_dmitriyev_kubokunun_qalibi_olub
İranın gənclərdən ibarət güləş komandası Rusiyada keçirilən Dmitriyev kuboku yarışlarında birinci olub.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 12, 2023 16:21 Asia/Baku
  • Dmitriyev kuboku
    Dmitriyev kuboku

İranın gənclərdən ibarət güləş komandası Rusiyada keçirilən Dmitriyev kuboku yarışlarında birinci olub.

SəhərAzəri-nin məlumatına əsasən, Sərbəst güləş üzrə keçirilən yarışlar martın onundan on ikisindək Rusiyanın Yakutsk şəhərində təşkil edilib. İran güləşçiləri beş qızıl, bir gümüş və iki bürünc medalla yarışların qalibi olublar.

On İran güləşçisinin iştirakı ilə keçirilən yarışların sonunda Əli Qulizadeqan altmış bir, Məhəmməd-Rza Şakiri altmış beş, Məcid Baqiri yetmiş doqquz, Humən Behzadpur səksən altı və Məhəmməd-Mubin Əzimi doxsan iki kiloqram çəki dərəcələrində qızıl, Əl Rzayi yetmiş kiloqramda gümüş, İbrahim Xari və İbrahim İlahi isə müvafiq olaraq, əlli yeddi və altmış beş  kiloqram çəki dərəcələrində bürünc medal əldə ediblər.