Sen 14, 2025 16:44 Asia/Baku
  • Müstəqil mediaların haqsevərlik fəryadı raketlə sönməyəcək

İran TeleRadio Təşkilatının Sərhədaşırı Bölmə üzrə sədr müavini dünya xalqlarının ictimai rəyini təhrif edən qeyri-peşəkar mediaların dalğalarının qeyri-adi hücumlarında qeyri-bərabər media müharibəsini tənqid edib,/ Asiya və Okeaniya İttifaqının mediaları xalqların haqlı olduqlarının bəyanında böyük missiyaya malik olduqlarını bildirib

Əhməd Nouruzi Asiya-Okeaniy Radio və Televiziya İttifaqının Baş Assambleyasının 62-ci sessiyasında sionist rejimin İran TeleRadio Təşkilatının əsas binasına olan hücumuna işarə edib. Deyib ki: İran TeleRadio Təşkilatının əsas binası kin və intiqam alovunda yandı. Bu intiqam sözügedən rejimin məzlum Fələstin xalqına və regionun digər müsəlman xalqlarına qarşı cinayətlərini ifşa edən azadlıqsevərlərin səsindən və müstəqil mediadan alınır.

Müstəmləkəçilik, təcavüz və zorakılıq diskussiyasından müstəqil olan mediaların haqsevərlik fəryadları raketlə sönməyəcək və alovun şölələrinin özü, ən böyük mesajdır. Bu mesaj bugünkü dünyada güc tənlikləri və sövdələşmələrinin qeyri-insani və çirkin görüntüsünü yaya bilər- deyə, İran TeleRadio Təşkilatının Sərhədaşırı Bölmə üzrə sədr müavini vurğulayıb.