Rusiya kosmosa peyk daşıyan raket göndərdi
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i272296-rusiya_kosmosa_peyk_daşıyan_raket_göndərdi
Rusiya "Proton" adlı raket ilə yerin orbitinə bir rabitə peyki göndərib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyun 08, 2017 13:56 Asia/Baku
  • Rusiya kosmosa peyk daşıyan raket göndərdi
    Rusiya kosmosa peyk daşıyan raket göndərdi

Rusiya "Proton" adlı raket ilə yerin orbitinə bir rabitə peyki göndərib.

Fransa xəbər agentliyinin verdiyi məlumata görə, Rusiyanın Kosmonavtika Agentliyi bildirib ki, bu ölkə cümə axşamı fəzaya göndərdiyi "Proton" raketi ilə Amerikanın "Ekostar 21" adlı rabitə peykini yerin orbitinə göndərib. Raket öz missiyasını uğurla yerinə yetirib.

Bu, ötən bir ildə fəzaya göndərilən ilk "Proton" raketidir. Daha öncə bu raketlərin mühərrik sistemində texniki nasazlıq aşkar edilmişdi.

Rusiyanın Kosmonavtika Agentliyinin bildirdiyinə görə, "Proton M2" raketi yerli vaxtla saat 6:45 dəqiqədə fəzaya buraxılıb və uçuş tam proqram əsasında həyata keçirilib.