İyun 16, 2017 17:08 Asia/Baku
  • İranın gənc yunan-roma güləşçiləri Asiya çempionu olublar

İranın gənclərdən ibarət yunan-roma güləş komandası daha iki qızıl medal qazanaraq, Asiya çempionatının qalibi olub.

ISNA-nın məlumatına görə, İranın gənclərdən ibarət yunan-roma güləş komandasının 50 və 120 kiloqram çəki dərəcələrindəki nümayəndələri bu gün, Tayvanda keçirilən yarışların sonuncu günündə qızıl medal əldə etməyə müvəffəq olublar. Beləliklə, İran komandası bu yarışların sonunda beş qızıl və iki gümüş medalla Asiya çempionu adını qazanıbdır.

İranın gənclərdən ibarət yunan-roma güləş komandası cümə axşamı günü də 55, 66 və 84 kiloqram çəki dərəcələrində qızıl, 60 və 96 kiloqram çəki dərəcələrində isə gümüş medal qazanmışdı.

Teqlər