NASA-nın peyki Yupiterlə bağlı yeni təsvirlər göndərib
NASA-nın "Cuno" adlı peyki Yupiterdə baş vermiş tufanla bağlı yeni təsvirlər göndərib.
Cuno peyki tərəfindən göndərilən görüntülər Yupiterin üzərindəki iri qırmızı ləkədə baş verən tufanı təsvir edir.
Bu peyk günəş batareyası ilə işləyir və hərəkət trayektoriyası Yupiterin qütb orbitində yerləşir. Cuno peykinin əsas vəzifəsi Yupiter planetinin maqnit sahəsini, maqnetosferini və cazibə qüvvəsini araşdırmaqdır.
Cuno Yupiter planetinin necə yaranması ilə bağlı ip ucları əldə etməyə, bu planetin daş nüvəyə, atmosfrində mövcud olan suyun miqdarını ölçməyə, Yupiterin atmosferində olan zərrəçiklərin miqdarını təyin etməyə və sürəti 618 kilometrə çatan tufanları öyrənməyə çalışır.
Yerdən Yupiterə qədər olan məsafəni Cuno peyki 5 il ərzində başa vuraraq, 4 iyul 2016-cı il tarixində Yupiterin orbitində qərarlaşıb. Bu peyk Yupiterə çatmaq üçün təqribən 2.8 milyard kilometr məsafəni uçmalı olub.