İranlı güləşçilər Tailandda 6 medala yiyələniblər
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i277024-İranlı_güləşçilər_tailandda_6_medala_yiyələniblər
İranın yunan-roma güləş növü üzrə yeniyetmələrdən ibarət yığma komandası Tailandda keçirilən Asiya çempionatının birinci günündə 2 qızıl, 3 gümüş və bir bürünc medala yiyələniblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 20, 2017 15:48 Asia/Baku
  • İranlı güləşçilər Tailandda 6 medala yiyələniblər
    İranlı güləşçilər Tailandda 6 medala yiyələniblər

İranın yunan-roma güləş növü üzrə yeniyetmələrdən ibarət yığma komandası Tailandda keçirilən Asiya çempionatının birinci günündə 2 qızıl, 3 gümüş və bir bürünc medala yiyələniblər.

İRNA-nın məlumatına görə, cümə axşamı Bankokda baş tutan yarışlarda Məhəmməd Hüseynvənd və Seyid Müctəba Hüseyni 54 və 100 kq çəki dərəcələrində qızıl medalın sahibi olublar.

Sabah cümə günü yarışların ikinci və sonuncu günündə daha 3 iranlı güləşçi mübarizə aparacaq.