İran komandaları RoboCup-da uğurlu çıxış edib
https://azeri.sahartv.ir/news/elm_və_mədəniyyət-i277954-İran_komandaları_robocup_da_uğurlu_çıxış_edib
Yaponiyada keçirilən RoboCup 2017 yarışlarında İran təmsilçiləri olan Qəzvin İslam Azad Universiteti və Əmir-Kəbir Sənaye Universitetinin komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 29, 2017 11:08 Asia/Baku
  • İran komandaları RoboCup-da uğurlu çıxış edib

Yaponiyada keçirilən RoboCup 2017 yarışlarında İran təmsilçiləri olan Qəzvin İslam Azad Universiteti və Əmir-Kəbir Sənaye Universitetinin komandaları növbəti mərhələyə vəsiqə qazanıblar.

İRİB-in məlumatına görə, cırtdan robotların futbol yarışında Qəzvin Azad İslam Universiteti komandası Yaponiya və Almaniya komandalarını məğlub edərək qrup birincisi olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Əmir Kəbir Sənaye Universiteti komandası da Kanada və Çin komandalarını məğlub edərək qrup ikisi olaraq növbəti mərhələyə vəsiqə qazanıb.

Robot sahəsində beynəlxalq və mötəbər yarışlardan olan Robocup 1997-ci ildən müxtəlif ölkələrdə təşkil olunur. Yarışların keçirilməsində məqsəd robotla əlaqədar texnologiyanın inkişafıdır.