Gənc əlillər üzrə yüngül atletikada İran ilk qızılını qazandı
Avq 04, 2017 19:45 Asia/Baku
-
Gənc əlillər üzrə yüngül atletikada İran ilk qızılını qazandı
İranın yüngül atletika üzrə idmançısı Məhəmməd Həsən Mirzayi gənc əlillər üzrə dünya çempionatında diskatmada qızıl medala layiq görülüb.
İsveçin Notvil şəhərində gənc əlillər üzrə dünya çempionatında Məhəmməd Həsən Mirzayi F52-57 diskatma növündə 25,97 metr rekordu qeydə alaraq qızıl medal qazanıb.
Arif Bəharvənd və Əşkan Çiraği də cümə axşamı günü F36 və F35 diskatma növündə müvafiq olaraq gümüş və bürünc medala layiq görülmüşdülər.
Bu çempionatda 41 ölkədən 275 idmançı iştirak edir. Turnir 3 avqustda başlayıb və 16 avqusta qədər davam edəcək. İran 24 idmançı ilə bu turnirə qatılıb.