Avq 05, 2017 16:48 Asia/Baku
  • "Roboşef"; İranda ilk ağıllı restoran

İranda ilk dəfə olaraq ağıllı restoran istifadəyə verilib. "Roboşef" adlanan bu restoran elektron masalar ilə təchiz edilib. Restoran insanlarda böyük maraq doğurub.

Hər gün həyatımıza daha çox daxil olan texnologiyaya bu günlər artıq hər bir yerdə rast gəlmək olur. Bu günlər İranda da yeni bir ilkə imza atılıb. Yaradıcılığın sərhəd tanımadığı bu diyarda öz növündə bir ilk olan ağıllı restoran yaradılıb. Bu restorana müraciət edənlər, keçirdikləri əyləncəli zamandan zövq alırlar.

İlk baxışda kompüter oyunları zalını xatırlatsa da, bura restorandır. Bu restoranları digərlərindən fərqləndirən isə ağıllı olmasıdır. Burda müştərilər arxasında əyləşdikləri elektron masalarda menü ilə tanış olur və elə sifarişlərini də bu elektron masa vasitəsi ilə verirlər.

Bu yenilik müştərilər xüsusi ilə də gənc olanlar arasında böyük maraq oyadıb.

Sifarişlər hazır olana kimi isə müştərilərin elektron masaları arxasında vaxtlarını əyləncəli keçirmələri üçün də imkanlar nəzərdə tutulub.

Müştərilərdən biri restoranla bağlı fikirlərini belə açıqlayır: "Bu son dərəcə yeni və maraqlı bir ideyadır. Artıq restoranlar da müasir texnologiya ilə ayaqlaşmağa başlayıblar. Və belə bir dövrdə yaşadığım üçün həqiqətən çox şadam."

 

Restoran sahibi isə bu ideya ilə bağlı deyir: "Məqsədimiz insanların texnologiyadan daha səmərəli və daha düzgün istifadə edə bilməsinə şərait yaratmaq olub. Bu ideyanı gerçəkləşdirmək üçün isə uyğun gördüyümüz məkan restoran olub. Burda həm uşaqlar, həm gənclər, həm də yaşlılar üçün maraqlı imkanlar yaradılıb. Başda biz bu layihənin insanlarda bu qədər maraq doğuracağını təsəvvür etmirdik. Bəzən, yerlər dolu olduğu zamanlar, müştərilər saatlarla qapıda gözləməkdən belə çəkinmirlər. Elektron masaların əyləncə bölməsi müştərilərin ən çox xoşladığı bölmədir."

 

Teqlər