Avq 15, 2017 11:29 Asia/Baku
  • İranın əl sənayesinin illik 250 milyon dollarlıq ixracatı
    İranın əl sənayesinin illik 250 milyon dollarlıq ixracatı

İranın Mədəni İrs Təşkilatının əl işləri sənayesi və adət-ənənə incəsənətləri üzrə sədr müavini İranın ildə 250 milyon dollar dəyərində əl işləri sənayesi üzrə məhsulunu digər ölkələrə ixrac etdiyini bildirib.

Mehr İnformasiya Agentliyinin məlumatına görə, Bəhmən Namvər Mütləq ötən gün Ərakda İran 13-cü əl işlər sənayesi sərgisinin açılış mərasimində deyib: İranın əl işləri sənayesinin ixracatının həcmi üç dəfə artmışdır və həyata keçirilən tədbirlərlə İran daxilində əl işləri sənayesinə rəğbət durumu da yaxşılaşıb. 

Namvər Mütləq İranda dünya əl işləri sənayesinin çeşidli olduğuna toxunub və bildirib: İran əl işləri sənayesi müqavimət iqtisadiyyatının nişanəsidir. 

İranın Mədəni İrs Təşkilatının əl işləri sənayesi və adət-ənənə incəsənətləri üzrə sədr müavini bu sənayenin xarici şirkətlərin iştirakına ehtiyaclı olmadığını deyib: İranda əl işləri sənayesi sektorunda ildə bir milyon dollarla bir milyon dollar neft qarşılığında on qat çox iş yerləri açılır. 

Teqlər