İranın yeniyetmə voleybolçuları finalda
-
İranın yeniyetmə voleybolçuları finalda
İranın yeniyetmələrdən ibarət milli komandası özünün dünya çempionatındakı yeddinci görüşündə Cənubi Koreya yığmasını məğlub edərək, finala vəsiqə qazanıbdır.
İranın yeniyetmələrdən ibarət milli komandası Bəhreyndə keçirilən 19 yaşından aşağı oğlan yeniyetmələrin 15-ci dünya çempionatının yarımfinal mərhələsində Cənubi Koreya yığmasını 3-1 hesabı ilə məğlub edib.
İranın yeniyetmələrdən ibarət milli komandası dünya çempionatındakı ilk görüşlərində İtaliya yığmasını 3-2, Meksika komandasını 3-0, Çin seçməsini 3-0 və Çexiya millisini də 3-0 hesabı ilə məğlub edərək, səkkizdə bir final mərhəsinə çıxdı və bu etapda Türkiyə yığmasını, dörddə bir final mərhələsində isə Braziliya millisini 3-0 hesabı ilə qarşısından götürdü.
Rusiya seçmə komandası da digər yarımfinal görüşündə Yaponiyanı məğlub edib, finala çıxaraq, İran komandasının rəqibi oldu.
Final görüşü bu gün keçiriləcək.