İran yeddi nəfərlik futbolda ikinci yeri tutdu
Sen 24, 2017 12:05 Asia/Baku
İranın yeddi nəfərlik futbol üzrə yığma komandası Dünya Çempionatında gümüş medala layiq görülüb.
İRİB-in məlumatına görə, Argentinada keçirilən yeddi nəfərlik futbol üzrə Dünya Çempionatında İran yığması Ukrayna yığmasın 0:1 hesabı ilə məğlub olub və ikinci yeri tutub.
Üçüncülük uğrunda mübarizədə Rusiya İngiltərəni məğlub edib və bürünc medal qazanıb.
Argentinada yeddi nəfərlik futbol üzrə Dünya Çempionatı 10 sentyabrda 16 yığmanın iştirakı ilə başlanıb və şənbə başa çatıb.