Okt 20, 2017 14:20 Asia/Baku
  • İran Para-Taekovandoda qızıl medal qazandı
    İran Para-Taekovandoda qızıl medal qazandı

İngiltərədə keçirilən Para-Taekovando üzrə Dünya Çempionatında 75 kq çəki dərəcəsində İran təmsilçisi Mehdi Purrəhnəma qızıl medala layiq görülüb.

İRNA-nın məlumatına görə, Mehdi Purrəhnəma final görüşündə rəqibini 28:17 hesabı ilə məğlub edib, qızıl medala layiq görülərək paralimiya reytinqində öz xallarına yüz xal da əlavə edib.

Para-Taekovando üzrə Dünya Çempionatında birinci yeri tutan idmançıya 2020 Tokio Paralimpiyaya vəsiqə qazanmaq üçün 100 xal, ikinci yeri tutana 60 xal və üçüncü yeri tutana isə 36 xal verilir.

Bundan öncə İngiltərədə keçirilən çempionatda İran yığması iki bürünc medal qazanmışdı.

Teqlər