Dünyanın yük daşıyan ilk PUA-sı uğurla sınaqdan keçirilib
Okt 28, 2017 11:53 Asia/Baku
-
Dünyanın yük daşıyan ilk PUA-sı uğurla sınaqdan keçirilib
Dünyanın ən iri yük daşıyan Pilotsuz Uçan Aparatı Çinin şimal qərbində yerləşən Şi An hava limanında ilk uğurlu uçuşunu həyata keçirib.
AP-nin verdiyi məlumata görə, Çinin Elmlər Akademiyası və digər müəssisələrinin səylərinin məhsulu olan bu yük daşıyan pilotsuz aparat barədə yayılan video göstərir ki, aparat iki dəfə cəmi 26 dəqiqə müddətində alimlərin nəzarəti ilə havada uçur.
Çin televiziyası bildirib ki, eni və uzunluğu 12 metr olan bu təyyarə maksimum 1.5 ton yükü 6 min metr hündürlükdə saatda 313 km sürətlə daşımaq qabiliyyətinə malikdir və 200 metr uzunluğunda olan uçuş zolağına enə bilir. AT200 adlanan bu PUA eniş və uçuşu qısa zolaqda həyata keçirə bildiyi üçün ondan dağlıq ərazilərdə və kiçik adada istifadəni asanlaşdırır.