Ərbəin zəvvarları Samirranı da ziyarət edir
Səfər ayının əvvəlindən Ərbəin vizasının sayı iki milyonu keçib. Ərbəin mərkəzi komitəsinin sözçüsü bildirib ki, İmam Hüseyn (ə) ərbəininə qalan günlərdə şirkətlər və agentliklər vizaların verilməsini minimum zamana endiriblər. İmam Hüseyn (ə) ərbəini zəvvarları bu günlər Əsgəriyeyn (ə) hərəmlərini də ziyarət ediblər.
Samirra da Ərbəin zəvvarlarına ev sahibi olmuşdur. Hüseyn Kərbəlasının minlərlə zəvvarı yolun çətinliyinə baxmayaraq bu günlər özlərini İmamlar Əsgəriyeynin məqbərələrinə çatdırırlar. Samirra şəhərində imamlar Əsgəriyeynin (ə) ziyarətgahı gündəlik İraq və xarici ölkələrdən minlərlə zəvvara ev sahibliyi edir.
Pakistanlı zəvvar deyib: Biz pakistanlılar üçün Ərbəin ziyarəti Kərbəla ilə məhdudlaşmır. Pakistan vətəndaşları il ərzində Ərbəin ziyarətindən öncə İmam Zamanla (əccələllahu taala fərəcəhuş-şərif) əhd-peymanı yeniləmək üçün Samirraya gəlirlər.
İraqda yerləşmiş İran məsul şəxsləri də Samirranın yerli rəsmiləri ilə koordinasiya ilə zəvvarları qəbul etmək üçün hazırlanan çadırlar və lazımi bütün imkanlardan istifadə etməyə çalışırlar. Belə ki, bu il İmamlar Əsgəriyeynin zəvvarların daha yaxşı xidmətlər göstərilsin.
Samirrada Ərbəin komitəsinin məsulu Əmin Şəriəti deyib: Əlhəmdulillah, bu il Samirrada milyonlarla zəvvarın olacağını nəzərə alaraq, lazımi tədbirlər proqnoz olunmuş və tənzimlənmişdir. Bütün çadırlar hazırlanmışdır. Biz ötən illərlə müqayisədə daha çox çadırlar hazırlamışıq. Çünki zəvvarların iştirakı milyonluqdur.
İmamlar Əsgəriyeyn (ə) Ziyarətgahının məsulu Rəhman Fəzl bildirib: İmamlar Əsgəriyeyn (ə) müqəddəs ziyarətgahının məsul şəxsləri bütün imkanları ilə İmam Hüseyn (ə) ərbəini günlərində islam ölkələri, xüsusilə də İrandan zəvvarları qəbul etməyə hazırdırlar.
İraq dövləti də şəhərin giriş-çıxışlarında xalq könüllü qüvvələri və təhlükəsizlik qüvvələrini yerləşdirməklə xüsusi təhlükəsizlik tədbirləri görmüşdür. Belə ki, zəvvarların təhlükəsizliyi tam şəkildə təmin olunsun.